​İranın girov götürdüyü ABŞ səfirliyi əməkdaşlarına kompensasiya veriləcək

​İranın girov götürdüyü ABŞ səfirliyi əməkdaşlarına kompensasiya veriləcək Səfirliyin 53 əməkdaşı 444 gün, 1981-ci il yanvarın 20-dək girov saxlanılmışdı
Region
25 Dekabr , 2015 12:05
​İranın girov götürdüyü ABŞ səfirliyi əməkdaşlarına kompensasiya veriləcək

Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ-ın İrandakı səfirliyinin girov götürülmüş əməkdaşlarına 4,4 milyon dollar, onların ailə üzvlərinə isə 660 min dollar məbləğində kompensasiya ödəniləcək.

"Report" ABC kanalına istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Barak Obama sərəncam imzalayıb.

Məlumata görə, girov əməkdaşların azad edilməsi haqda razılaşmaya əsasən, İranda kompensasiya tələbi qadağandır.

Qeyd edək ki, 1979-cu il noyabrın 4-də ayətullah Xomeyninin, "İmam yolu"nun tərəfdarları ABŞ-ın İrandakı səfirliyinə hücum etmişdi. Səfirliyin 53 əməkdaşı 444 gün, 1981-ci il yanvarın 20-dək girov saxlanılmışdı. 

Son xəbərlər

Orphus sistemi