​İranın cənubunda zəlzələ olub

​İranın cənubunda zəlzələ olub Qurbanlar və dağıntı haqda xəbər verilməyib
Region
30 Dekabr , 2014 12:43
​İranın cənubunda zəlzələ olub

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün İranın cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanın ocağı 10 km dərinlikdə, Firuzabad şəhərindən 66 kilometr cənub-qərbdə yerləşib.

Qurbanlar və dağıntılar haqda xəbər verilməyib.

Son xəbərlər

Orphus sistemi