​İranın cənubunda ərəblərlə polis arasında toqquşma olub, yaralananlar var

​İranın cənubunda ərəblərlə polis arasında toqquşma olub, yaralananlar var İranın cənub hissəsinin ən iri təbii qaz sənaysi müəssisəsi Asaluyedə yerləşir
Region
9 İyul , 2016 02:57
​İranın cənubunda ərəblərlə polis arasında toqquşma olub, yaralananlar var

Bakı. 9 iyul. REPORT.AZ/ İranın Buşehr əyalətinin Asaluye rayonunda polsilə yerli ərəblər arasında toqquşma baş verib.

"Report" "Aş-Şark əl-Ousat"a istinadən xəbər verir ki, buna səbəb polisin qayıqla evinə qayıdan balıqçını odlu silahdan açdığı atəş nəticəsində öldürməsi olub.

İnfromasiyaya görə, həmin balıqçı ilə polis arasında məlum olmayan səbəbdən mübahisə yaranıb və asayış keşikçisi ona atəş açıb.

Etiraz aksiyası zamanı polis və yürüşçülərin atəş açdığı haqda xəbər yayılıb. Məlumatda bildirilib ki, hər iki tərəfdən yaralananlar var.

İranlı bir qrup deputat ölkənin daxili işlər nazirinə yazılı müraciət edərək, həmin əraziyə yaxın bölgələrdə yaşayan ərəblərə qarşı ayrı-seçkiliyin acı nəticəsi olacağını çatdırıblar.

Qeyd edək ki, Buşərin əhalisi əsasən ərəblərdən ibarətdir. Bundan başqa İranın cənub hissəsinin ən iri təbii qaz sənayesi müəssisəsi Asaluyedə yerləşir. 

Son xəbərlər

Orphus sistemi