Bakı. 14 aprel. REPORT.AZ/ İranın nüvə proqramı üzrə rəsmi Tehranla "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin) ilə danışıqlar aprelin 21-də keçiriləcək.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Xatırladaq ki, yekun sənədlə bağlı razılaşma aprelin 2-də əldə olunub. Yekun razılaşma sənədi isə 2015-ci il iyunun sonunda imzalanacaq. O vaxtadək diplomatlar və mütəxəssislər anlaşmanın detallarını razılaşdıracaqlar.