​İranın 6-cı prezidenti Türkiyəyə səfər edib

​İranın 6-cı prezidenti Türkiyəyə səfər edib "Mərhum baş nazir Ərbakan böyük, olduqca idealist və hədəfləri olan bir insan idi"
Region
27 Fevral , 2015 15:47
​İranın 6-cı prezidenti Türkiyəyə səfər edib

Bakı. 27 fevral. REPORT.AZ/ İranın 6-cı prezidenti Mahmud Əhmədinejad Türkiyənin Bursa şəhərinə səfər edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Onu Bursaya Nəcməddin Ərbakan Fondu dəvət edib.

İranın keçmiş prezidenti M.Əhmədinejad Nəcməddin Ərbakanın anım gecəsində iştirak etməkdən məmnun olduğunu bildirib.

"Mərhum baş nazir Ərbakan böyük, olduqca idealist və hədəfləri olan bir insan idi. Dünya məslələrini çox yaxşı bilirdi. Bəşər həyatının düzəlməsi üçün çalışırdı. O, bütün dünyada ədalət və sülhün bərqərar olması istiqamətində fəaliyyət göstərirdi. Mərhum Ərbakan millətlərin güclü olmasına çaışırdı", - o vurğulayıb.

Xatırladaq ki, Mahmud Əhmədinejad fevralın 26-da Türkiyənin keçmiş prezidenti Abdullah Güllə görüşüb. Bir saat sürən bu görüşdə onlar iki ölkə arasında əlaqələrin inkişafının perspektivlərindən danışıblar.

Son xəbərlər

Orphus sistemi