​İranda zəlzələ olub

​İranda zəlzələ olub Zəlzələ 8 saniyə sürüb
Region
26 Yanvar , 2015 10:36
​İranda zəlzələ olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün səhər tezdən İranın cənubunda 8 kilometr dərinlikdə 5 bal gücündə zəlzələ baş verib.

"Report" İRNA-ya istinadən xəbər verir ki, İranın Qızıl Ay Təşkilatının Hürmüzqan əyaləti üzrə sədri Əli Amanın sözlərinə görə, zəlzələ əsasən Fin, Ginu, Rızvan və Təngi Bağ rayonlarında olub. Səkkiz saniyə sürən təbii hadisə nəticəsində dağıntı və xəsarət alanların qeydə alınmadığı bildirilib.

Qeyd edək ki, bir gün öncə Şərqi Azərbaycan əyalətinin Zərnək rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. 

Son xəbərlər

Orphus sistemi