​İranda zəlzələ olub

​İranda zəlzələ olub Fövqəladə Hallar Nazirliyi yerli idarəsinin baş direktoru xilasedicilərin bölgəyə cəlb edildiklərini deyib
Region
15 May , 2015 13:26
​İranda zəlzələ olub

Bakı. 15 may. REPORT.AZ/ İranın cənub-qərbində yerləşən Sistan-Bəlucistan əyalətinin Çabehar rayonunda 5,3 bal gücündə zəlzələ olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi açıqlama yayıb.

Xəbərə görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Fövqəladə Hallar Nazirliyi yerli idarəsinin baş direktoru xilasedicilərin bölgəyə cəlb edildiklərini deyib. Onun sözlərin görə, ölən və xəsarət alanlar haqda hələlik məlumat yoxdur.

Qeyd edək ki, sonuncu dəfə ötən həftə İranın Rəzəvi-Xorasan əyalətinin Kaşmir rayonunda 5,2 bal gücündə zəlzələ olub. Onda 35 nəfər yaralanmışdı. 

İngilis versiyası Earthquake hits Iran

Son xəbərlər

Orphus sistemi