Bakı. 29 sentyabr. REPORT.AZ/ İranda yol qəzası nəticəsində 14 nəfər ölüb, 11 nəfər yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, qəza ölkənin cənub-şərqində yerləşən Sistan-Bəlucistan ostandarlığında baş verib.
Saravan və Xaş şəhərləri arasındakı yolda "Toyota" markalı iki avtomobil toqquşub.
Polis hadisə qurbanlarının və yaralıların hamısının Əfqanıstandan olduğunu müəyyənləşdirib. Onlar qeyri-qanuni şəkildə İran ərazisində olublar.