​İranda "Washington Post"un jurnalistinə hökm oxunub

​İranda "Washington Post"un jurnalistinə hökm oxunub Ceyson Rızayan casusluqda ittiham olunub
Region
11 Oktyabr , 2015 23:04
​İranda Washington Postun jurnalistinə hökm oxunub

Bakı. 11 oktyabr. REPORT.AZ/ İran məhkəməsi Amerikanın "The Washington Post" qəzetinin müxbiri Ceyson Rızayan barəsində hökm çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Tehranda keçirilən mətbuat konfransında İran İslam Respublikasının baş prokuroru Qulamhüseyn Möhsün Eceyi məlumat verib.

Ceyson Rızayanın ABŞ-ın xeyrinə casusluqda ittiham olunduğunu bildirən baş prokuror, qərarın 20 gün ərzində qüvvəyə minəcəyini qeyd edib. O, jurnalistin neçə il müddətinə azadlıqdan məhrum edildiyi barədə məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi