İranda tibb xidmətinin helikopteri qəzaya uğrayıb

İranda tibb xidmətinin helikopteri qəzaya uğrayıb Həkimlərdən biri ölüb, digərinin vəziyyəti isə kritikdir
Region
21 Sentyabr , 2016 14:01
İranda tibb xidmətinin helikopteri qəzaya uğrayıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ İranın şimalında yerləşən Mazandaran əyalətində tibb xidmətinin helikopteri qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir həkim ölüb.

Yerli telekanalların məlumatına görə, hadisəyə qum fırtınası səbəb olub.

Qəzaya uğramış helikopter bu gün səhər Amol şəhərindən havaya qalxaraq yol qəzasında xəsarət alanlara yardım məqsədilə Mazandaran əyalətindəki Qazanq yaşayış məntəqəsinə istiqamət alıb. Göyərtədə dörd nəfər olub. Tibb briqadasının bir üzvü dünyasını dəyişib, digər həkimin vəziyyəti kritikdir. Pilot və digər tibb işçisi ciddi xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi