​İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumla bağlı 100-ə yaxın şəxs həbs olunub

​İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumla bağlı 100-ə yaxın şəxs həbs olunub Onların bir hissəsi sonradan sərbəst buraxılıb
Region
25 Yanvar , 2016 07:53
​İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumla bağlı 100-ə yaxın şəxs həbs olunub

Bakı. 25 yanvar. REPORT.AZ/ İran hakimiyyəti yanvarın 3-ü gecə Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə hücumun istintaqı çərçivəsində 100-ə yaxın şəxsi həbs edib.

"Report" xəbər verir ki, bu barədə İslam Respublikasının baş prokuroru Hüseyn Möhsün Edjeyi məlumat verib.

Prokuror əlavə edib ki, həbs olunanlardan bəziləri sonradan sərbəst buraxılıb.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Daha sonra iki ölkə arasında diplomatik münasibətlər və hava əlaqəsi kəsilib.

Son xəbərlər

Orphus sistemi