İranda qaz kəmərinin partlaması zamanı baş verən yanğın lokallaşdırılıb

İranda qaz kəmərinin partlaması zamanı baş verən yanğın lokallaşdırılıb Yanğının söndürülməsinə təqribən 5 saat sərf olunub
Region
6 Avqust , 2016 14:19
İranda qaz kəmərinin partlaması zamanı baş verən yanğın lokallaşdırılıb

Bakı. 6 avqust. REPORT.AZ/ İranın cənubundakı qaz kəmərində partlayış nəticəsində baş verən yanğın lokallaşdırılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İranın Neft Nazirliyindən bildirilib. 

Partlayış avqustun 5-dən 6-na keçən gecə Günavə şəhəri yaxınlığında baş verib, yanğının söndürülməsinə təqribən 5 saat sərf olunub.

Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, lakin rəsmi olaraq bu məlumat təsdiqlənməyib. 

"Ölən yoxdur. Ümumilikdə, 4 nəfər xəsarət alıb",  - Neft və Qaz Şirkətinin Səhiyyə, Təhlükəsizli və Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri Qaşsaran Məhəmməd Möhsün bildirib.

Son xəbərlər

Orphus sistemi