​İranda minlərlə insan sanksiyaların ləğvini bayram edib - VİDEO

​İranda minlərlə insan sanksiyaların ləğvini bayram edib - VİDEO Polis onların şənliyinə müdaxilə etməyib
Region
15 İyul , 2015 06:13
​İranda minlərlə insan sanksiyaların ləğvini bayram edib - VİDEO

Bakı. 15 İyul. REPORT.AZ/ İranda minlərlə insan ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını bayram etmək məqsədi ilə Tehran və digər iri şəhərlərin küçələrinə çıxıb.

"Report" xəbər verir ki, şəhər sakinləri iftardan dərhal sonra küçələrə axışmağa başlayıblar.

Paytaxtın bir çox küçələrində avtomobil sürücüləri möhkəm siqnal verib, sərnişinlər isə maşın pəncərələrindən bayraq dalğalandırıblar. Tehranın Vanak meydanında isə gənclər İranda faktiki olaraq qadağan olunmasına baxmayaraq rəqs ediblər. Polis onların şənliyinə müdaxilə etməyib. 

Son xəbərlər

Orphus sistemi