​İranda keçirilmiş parlament seçkilərinin ikinci turunda prezident Həsən Ruhaninin tərəfdarları qalib olub

​İranda keçirilmiş parlament seçkilərinin ikinci turunda prezident Həsən Ruhaninin tərəfdarları qalib olub Prezidentin tərəfdarları parlamentdə 33-dən 40-dək yer qazana bilərlər
Region
30 Aprel , 2016 07:27
​İranda keçirilmiş parlament seçkilərinin ikinci turunda prezident Həsən Ruhaninin tərəfdarları qalib olub

Bakı. 30 aprel. REPORT.AZ/ İran Prezidenti Həsən Ruhaninin siyasi tərəfdarları parlament seçkilərinin ikinci turunda qalib gəliblər. "Report"un məlumatına görə, bu haqda "Franss Press" agentliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, prezidentin tərəfdarları birinci turun nəticələrinə görə, parlamentdə 33 yerdən 40-dək yer qazana bilərlər. Nəticələrə əsasən konservatorların parlamentdə 21 yeri qazanacaqları ehtimal olunur. 

Xatırladaq ki, İranda parlament seçkilərinin birinci turu fevralın 26-da keçirilib. İslam Şurası Məclisdəki 290 yerə 221 deputat seçə bilib.

Son xəbərlər

Orphus sistemi