​İranda "islamyönlü" 285 sayt bağlanıb

​İranda "islamyönlü" 285 sayt bağlanıb General Kamal Hadianfər: "Terrorçu İŞİD qruplaşmasını dəstəkləyən sayt yaratmaq şübhəli bilinən 53 nəfər tutulub"
Region
7 Dekabr , 2015 13:59
​İranda islamyönlü 285 sayt bağlanıb

Bakı. 7 dekabr. REPORT.AZ/ İranda terrorçu İŞİD qruplaşmasını dəstəkləyən sayt yaratmaqda şübhəli bilinən 53 nəfər tutulub.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin kiber cinayətlərlə mübarizə polisinin başçısı briqada generalı Kamal Hadianfər Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, son 8 ayda İranın kiber cinayətlərlə mübarizə polisi İŞİD-i dəstəkləyən 132 sayt aşkarlayaraq fəaliyyətini dayandırıb.

O bildirib ki, ümumilikdə son 20 ayda İranda "islamyönlü" 285 sayt bağlanıb. 

Son xəbərlər

Orphus sistemi