​İranda hərbi təlim keçirilir

​İranda hərbi təlim keçirilir Tədbirdə ordunun müxtəlif qüvvələri iştirak edir
Region
21 May , 2015 14:17
​İranda hərbi təlim keçirilir

Bakı. 21 may. REPORT.AZ/ İran ordusu "Beytül-Müqqədəs" adı altında 27-ci hərbi təlimə başlayıb.

"Report" xəbər verir ki, bu haqda İran KİV məlumat yayıb.

Xəbərə görə, təlim ölkənin Qərbində Kirmanşah əyalətinin Keneşt boğazında keçirilir. Hərbi tədbir İslam Respublikası ordusunun quru qoşunlarının potensialının yüksəldilməsi məqsədilə gerçəkləşdirilir. Təlimdə ordunun çeşidli qüvvələri, o cümlədən çevik alayı, komandos və ordunun quru desantları iştirak edir.

Hərbi tədbirdə 33 hərbi və dəstək helikopterlərinin təlim uçuşu keçirilir.

Son xəbərlər

Orphus sistemi