İranda daşqın nəticəsində 4 nəfər ölüb, 2 nəfər itkin düşüb - VİDEO

İranda daşqın nəticəsində 4 nəfər ölüb, 2 nəfər itkin düşüb - VİDEO Daşqından 12 vilayətdə 126 şəhər zərər çəkib
Region
16 Aprel , 2016 09:56
İranda daşqın nəticəsində 4 nəfər ölüb, 2 nəfər itkin düşüb - VİDEO

Bakı. 16 aprel. REPORT.AZ/ İranın mərkəzi vilayətlərində müşahidə olunan daşqınlar nəticəsində ən azı 4 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Bu barədə "Report" IRNA-ya istinadən xəbər verir.

Bir neçə gün ərzində arası kəsilməyən leysan yağışları səbəbindən çaylarda suyun səviyyəsi artaraq, damba və yolları yuyub dağıdıb. Ümumilikdə 12 vilayətdə 126 şəhərə ziyan dəyib. Hazırda orada xilasetmə və bərpa işləri aparılır.

Son xəbərlər

Orphus sistemi