İranda Cənubi Pars qaz yatağının yeni blokları istismara verilib

İranda Cənubi Pars qaz yatağının yeni blokları istismara verilib Prezident Ruhani rəsmən Cənubi Pars qaz yatağının 15-ci və 16-cı bloklarının açılışını edib
Region
11 Yanvar , 2016 17:06
İranda Cənubi Pars qaz yatağının yeni blokları istismara verilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Fars körfəzində yerləşən Cənubi Pars qaz yatağının 15-ci və 16-cı blokları istismara verilib.

"Report" TASS-a istinadən xəbər verir ki, təntənəli açılışda İran prezidenti Həsən Ruhani iştirak edib.

"Şana" agentliyinin məlumatına görə, bu iki yeni blokda sutkada 56,6 milyon kubmetr qaz hasil olunacaq. Onların işlənəcəyi müəssisələrdə isə gündəlik 75 min barel qaz kondensatı, 400 ton kükürd, eləcə də ildə 1 milyon tondan çox maye qaz və 1 milyon ton etan istehsal olunacaq.

Ümumilikdə, İranın Cənub Pars yatağı 24 blokdan ibarətdir. Onun vasitəsilə İranın daxili qaz istehlakının 55 faizi təmin edilir. Bu isə sutkada 430 milyon kubmetr qaz deməkdir.

Son xəbərlər

Orphus sistemi