İranda 3 nəfər edam olunub

İranda 3 nəfər edam olunub Prokuror: "Onlar qızın atasına zəng edərək, 48 saat ərzində 1,5 milyon avro verməsini istəyiblər"
Region
21 Yanvar , 2015 19:24
İranda 3 nəfər edam olunub

Bakı. 21 yanvar. REPORT.AZ / İranda 3 nəfər barəsində çıxarılan edam hökmü açıq şəkildə, ictimaiyyətin gözü qarşısında icra olunub.

"Report" "gazetevatan"a istinadən xəbər verir ki, bu məlumatı İranın Şərqi Azərbaycan vilayəti Məhkəməsinin internet səhifəsində Təbriz prokuroru Xəlilulahi yayıb.

"11 yaşlı qızı qaçırdıqdan sonra öldürən 3 nəfər barəsində çıxarılan edam hökmü icra edilib", - prokuror bildirib.

Onun sözlərinə görə, məhkumlar bir neçə il öncə imkanlı ailənin qızını saxta dövlət nömrə nişanlı avtomobillə qaçırıblar: "Onlar qızın atasına zəng edərək, 48 saat ərzində 1,5 milyon avro verməsini istəyiblər. Təhlükəsizlik qüvvələri tərəfindən tutulacaqlarını anlayıb, həmin möhlət bitmədən qızı öldürərək şübhəlilərdən birinin bağçasında basdırıblar".

Məlumata görə, beynəlxalq hüquq müdafiə təşkilatları dünyada edam hökmü ən çox icra edilən 5 dövlətdən birinin İran olduğunu bildirir.

Xatırladaq ki, BMT-nin İranda insan haqları ilə bağlı xüsusi hesabatına əsasən, 2013-cü ilin iyul ayının əvvəlindən 2014-cü ilin iyunun sonunadək İranda edam edilən məhkumların sayı 852 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi