​İranda 11 il iş kəsilmiş məhbusun işgəncə ilə öldürüldüyü iddia edilir

​İranda 11 il iş kəsilmiş məhbusun işgəncə ilə öldürüldüyü iddia edilir Həbsxanadakı xəstəxananın rəhbərliyi isə onun ölüm səbəbini açıqlamayıb
Region
14 Sentyabr , 2015 20:32
​İranda 11 il iş kəsilmiş məhbusun işgəncə ilə öldürüldüyü iddia edilir

Bakı. 14 sentyabr. REPORT.AZ/ İranın Kərəc şəhərində yerləşən Gövhərdəşt həbsxanasında məhbus Şahrux Zamaninin ölümünə etiraz olaraq məhkumlar aksiya keçiriblər.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, Təbrizdən olan ictimai-siyasi fəal 2010-cu il oktyabrın 11-də iş yerində Almaniyadan olan iki jurnalistlə görüşdüyü üçün tutulmuşdu. O, "fəhlələr arasında qanunsuz təbliğat aparmaq və təşkilata üzv olmaq" ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilibmiş.

Məlumata əsasən, səhhətində ciddi problemlər olsa da, həbsxana rəhbərliyi müalicə üçün Şahrux Zamaniyə icazə vermirmiş.

Vəfat etdiyi günün səhəri məhbuslar meyiti həbsxananın xəstəxanasına apararkən onun üzərində işgəncə əlamətləri aşkarlayıblar. Bundan sonra onlar həbsxana rəhbərliyinə qarşı etiraz edərək məhkumun işgəncə verilərək öldürüldüyünü bildiriblər.

Həbsxanadakı xəstəxananın rəhbərliyi isə onun ölüm səbəbini açıqlamayıb. 

Xatırladaq ki, bir neçə il öncə insan haqlarını müdafiə təşkilatlarından biri həbsdə olan Şahrux Zamanini mükafata layiq görmüşdü. 

Qeyd edək ki, o, Şərqi Azərbaycan əyalətinin Kəleybər rayonundandır. 

Son xəbərlər

Orphus sistemi