​İranda 10 nəfər "təcili yardım" helikopteri qəzasının qurbanı olub

​İranda 10 nəfər "təcili yardım" helikopteri qəzasının qurbanı olub Hadisə Fars əyalətində təcili yardım xidməti göstərən zaman baş verib
Region
26 Mart , 2016 01:13
​İranda 10 nəfər təcili yardım helikopteri qəzasının qurbanı olub

Bakı. 26 mart. REPORT.AZ/ İranın cənubunda yerləşən Fars əyalətində təcili tibbi yardım xidməti göstərən vertolyotun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.

"Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə yerli məmur məlumat verib.

"Altı heyət üzvü, bir tibb işçisi və 3 xəstə insident nəticəsində dünyasını dəyişib", — deyə o bildirib.

Qeyd edilir ki, bu, əyalətdə təcili tibbi yardım xidməti göstərən iki eyni vertolyotdan biri olub.

Hava gəmisinin hansı səbəbdən qəzaya uğradığı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi