İran yaxın 3-4 il müddətində kosmosa insan göndərməyi planlaşdırır

İran yaxın 3-4 il müddətində kosmosa insan göndərməyi planlaşdırır İran kosmik proqramının inkişaf templəri sürətləndirilib
Region
3 Oktyabr , 2014 14:20
İran yaxın 3-4 il müddətində kosmosa insan göndərməyi planlaşdırır
Bakı. 3 oktyabr. REPORT.AZ/ İran yaxın 3-4 il müddətində kosmosa göyərtəsində insan olan aparat göndərməyi planlaşdırır. "Report" ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran kosmik qurumunun rəhbəri Həmid Fazeli məlumat verib. 

İranda kosmik proqramın inkişaf templəri sürətləndirilib. Hələ ötən ilin sonlarında insanın kosmosa uçuşunun təşkil olunmasını nəzərdə tutan layihənin 5-8 il ərzində həyata keçirilməsi planlaşdırılırdı. 

Layihənin hazırlıq mərhələsində ötən ilin yanvar və dekabr aylarında biokapsula adlandırılan aparatların orbitə çıxarılması üçün daşıyıcı raketlər buraxılıb. Onların göyərtəsində meymunlar olub və uçuş uğurla başa çatıb. 

H.Fazeli bildirib ki, göyərtəsində meymun olan biokapsula kosmosa gələn il martın 20-dək buraxılacaq.

Son xəbərlər

Orphus sistemi