​İran XİN rəsmisi "altılıq"la danışıqların gedişini müsbət dəyərləndirib

​İran XİN rəsmisi "altılıq"la danışıqların gedişini müsbət dəyərləndirib İranla "altılıq" nümayəndələri arasında danışıqlar başlayıb
Region
17 Dekabr , 2014 13:27
​İran XİN rəsmisi altılıqla danışıqların gedişini müsbət dəyərləndirib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Vyanada İranın atom-nüvə probleminə dair İslam Respublikasının təmsilçiləri ilə "altılıq" (ABŞ, Amaniya, Britaniya, Fransa, Rusiya və Çin) nümayəndələri arasında danışıqlar başlayıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian mətbuat konfransında deyib ki, indiki danışıqlar müsbət istiqamətdə gedir: "Danışıqlar nə qədər ciddi və mürəkkəb olsa da, müsbət xarakterlidir. Əgər qarşı tərəf İranın atom-nüvə proqramı ilə bağlı anlaşmaya məntiqli və müsbət yanaşaraq, iddialarından əl çəkərsə, Tehran da buna ciddi yanaşar".

Son xəbərlər

Orphus sistemi