İran XİN rəhbəri ABŞ-a səfər edəcək

İran XİN rəhbəri ABŞ-a səfər edəcək Məhəmməd Cavad Zərif Nyu-Yorkda İqlimlə bağlı sazişin imzalanmasında iştirak edəcək
Region
16 Aprel , 2016 13:27
İran XİN rəhbəri ABŞ-a səfər edəcək

Bakı. 16 aprel. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 18-də ABŞ-a yola düşəcək. 

"Report" "Təsnim" agentliyinə istinadən xəbər verir ki, İran XİN rəhbəri gələn həftə Nyu-Yorkda keçiriləcək İqlimlə bağlı tarixi sazişin imzalanması mərasimində iştirak edəcək.

BMT aprelin 22-də təşkilatın Nyu-Yorkdakı qərargahında baş tutacaq mərasimdə dekabr ayında Parisdə əldə olunan iqlim sazişini dünyanın 155 ölkəsinin imzalayacağını gözləyir.   

İngilis versiyası Iranian FM to visit US

Son xəbərlər

Orphus sistemi