İran XİN: Raket sınaqları "altılıq"la nüvə anlaşmasına zidd deyil

İran XİN: Raket sınaqları "altılıq"la nüvə anlaşmasına zidd deyil "İranın raket proqramı və təlimlər zamanı sınaqlar "altılıq" ölkələriylə bağlanmış nüvə sazişinə zidd deyil"
Region
10 Mart , 2016 12:14
İran XİN: Raket sınaqları altılıqla nüvə anlaşmasına zidd deyil

Bakı. 10 mart. REPORT.AZ/ İranda ölkənin öz istehsalı olan reketlərin sınaq buraxılışları rəsmi Tehranla "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında bağlanmış birgə hərtərəfli fəaliyyət planının müddəalarına zidd deyil. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Caber Ənsari bildirib.

"İranın raket proqramı və son vaxtlar təlimlər zamanı aparılan sınaqlar "altılıq" ölkələriylə bağlanmış nüvə sazişinə zidd deyil", - deyə H.C.Ənsari deyib.

Qeyd edək ki, daha əvvəl İranın "Ektedar e velayat" kod adlı hərbi-kosmik və raket qüvvələrinin iştirakı ilə manevrlər zamanı ölkənin müxtəlif yerlərində yerləşən start daşıyıcılarından təlim raket buraxılışları həyata keçirilib. Müxtəlif siniflərə və uçuş məsafələrinə aid, o cümlədən uzaq, orta və qısa hərəkət radiuslu raketlər, eləcə də "Qadr F" və "Qədr H" uzaq hərəkət radiuslu ballistik raketlər sınaqdan keçirilib. Onlar 1,4 min km məsafədən Fars körfəzinin İran sahillərində yerləşən hədəfləri vurub.

Son xəbərlər

Orphus sistemi