​İran XİN-ə yeni sözçü təyin edilib

​İran XİN-ə yeni sözçü təyin edilib Keçmiş sözçü isə xarici işlər nazirinin ərəb və Afrika ölkələri ilə iş üzrə müavini təyin olunub
Region
20 İyun , 2016 11:36
​İran XİN-ə yeni sözçü təyin edilib

Bakı. 20 iyun. REPORT.AZ/ Behram Qasimi İran Xarici İşlər Nazirliyinin (XİN) yeni sözçüsü və İctimai Diplomatiya Mərkəzinin sədri təyin edilib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, XİN-in keçmiş sözçüsü Hüseyn Cabiri-Ənsari xarici işlər nazirinin ərəb və Afrika ölkələri ilə iş üzrə müavini təyin olunub.

Əvvəllər bu vəzifəni tutmuş Hüseyn Əmir Abdullahian isə xarici işlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Behram Qasimi əvvəllər İranın İrlandiya, İtaliya və İspaniya ölkələrində səfiri və Xarici İşlər Nazirliyinin Ümumi şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi