​İran XİN başçısı Türkiyəyə səfərinin təxirə salınmasına aydınlıq gətirib

​İran XİN başçısı Türkiyəyə səfərinin təxirə salınmasına aydınlıq gətirib Məhəmməd Cavad Zərif vaxt məhdudiyyəti ucbatından səfərin təxirə salındığını bildirb
Region
13 Avqust , 2015 17:45
​İran XİN başçısı Türkiyəyə səfərinin təxirə salınmasına aydınlıq gətirib

Bakı. 13 avqust. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfərini təxirə salmasının səbəbini açıqlayıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

O bildirib ki, səfərin baş tutması üçün təyin olunan gün prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu və xarici işlər naziri əvəzi Mövlud Çavuşoğlu Türkiyənin fərqli şəhərlərində olduqlarından, qısamüddətli səfər çərçivəsində onlarla görüşməsi mümkün olmadığına görə ziyarətini təxirə salıb.

M.Zərif Livanda çıxan "əl-Səfir" qəzetinə müsahibəsində deyib: "Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda, Əhməd Davudoğlu və Mövlud Çavuşoğlu isə Ankarada idi. Qısa müddətdə isə onların üçü ilə də görüşə bilməzdim".

O, vaxt məhdudiyyəti ucbatından səfərin təxirə salındığını vurğulayıb.

Qeyd edək ki, M.Zərif avqustun 11-də Türkiyəyə səfər etməli idi. 

Son xəbərlər

Orphus sistemi