​İran XİN başçısı: "ABŞ Ali Məhkəməsinin qərarını tanımırıq"

​İran XİN başçısı: "ABŞ Ali Məhkəməsinin qərarını tanımırıq" Məhəmməd Cavad Zərif bu gün Nyu-Yorkda ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək
Region
22 Aprel , 2016 14:46
​İran XİN başçısı: ABŞ Ali Məhkəməsinin qərarını tanımırıq

Bakı. 22 aprel. REPORT.AZ/ Rəsmi Tehran ABŞ Ali Məhkəməsinin qərarını qəbul etmir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Ali Məhkəməsinin İslam Respublikasının ölkədəki dondurulmuş bank hesablarından 2,65 milyard dolların terror zamanı həlak olan amerikalı əsgərlərin ailələrinə verilməsi haqda qərara münasibət bildirərəkən deyib.

Aprelin 22-də M.Zərif Nyu-Yorkda ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək. Onlar İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların götürülməsi və nüvə proqramı üzrə uyğun razılaşmaların yerinə yetirlməsini müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi məlum qərarı aprelin 21-də çıxarıb. 2,65 milyard dollar ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək.

Xatırladaq ki, 1983-cü il oktyabrın 23-də Livanın paytaxtı Beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmaları partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində isə 58 fransız əsgər həlak olub.

1979-cu il İslam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb.

Xatırladaq ki, ABŞ 1984-cü il yanvarın 19-da İranı terrorçuluğun sponsor dövlətləri siyahısına daxil edib. 

Son xəbərlər

Orphus sistemi