Bakı. 20 aprel. REPORT.AZ/ 2014-cü ilin yayında İran hakimiyyəti tərəfindən saxlanılan Amerikanın "Washington Post" qəzetinin xüsusi müxbiri Ceyson Rezayana qarşı arasında "casusluğ"un da olduğu dörd maddə üzrə ittiham irəli sürülüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə müttəhimin vəkili Leyla Əhsənə istinadən Vaşinqton nəşri məlumat yayıb.
Hüquqşünasın sözlərinə görə, onun müştərisi "düşmən hökumətlərlə əməkdaşlıq etmək və dövlət dəyərlərinə qarşı təbliğat aparmaqda" ittiham olunur.