​İran "VKontakte"nin şəbəkəsini bağlayıb

​İran "VKontakte"nin şəbəkəsini bağlayıb İki il öncə buraxılan şəbəkənin dünyada 62 milyon istifadəçisi var
Region
21 Oktyabr , 2015 20:45
​İran VKontaktenin şəbəkəsini bağlayıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ İranın İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi "VKontakte"nin yaradıcısının buraxdığı "Telegram" sosial şəbəkəsini bağlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu şəbəkə 2013-cü ildə Pavel Durov tərəfindən yaradılıb.

"İranın İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi şəbəkınin yaradıcılarından istifadəçiləri izləmək üçün şərait yaratmalarını tələb edib. Biz onların sorğusundan boyun qaçırdıq və ona görə də "Telegram" bağlanıb", - P.Durov "twitter" səhifəsində yazıb.

Məlumata görə, iki il öncə buraxılan "Telegram"ın dünyada 62 milyon istifadəçisi var. 

Son xəbərlər

Orphus sistemi