​İran və Qırğız Respublikası arasında yeni müqavilələr imzalanıb

​İran və Qırğız Respublikası arasında yeni müqavilələr imzalanıb Almazbek Atambayev Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşüb
Region
5 Sentyabr , 2015 17:45
​İran və Qırğız Respublikası arasında yeni müqavilələr imzalanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ İran və Qırğız Respublikası arasında 8 sahə üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. "Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, iki ölkə arasında energetika, media, hava nəqliyyatı və tranzit, konsulluq xidməti sahələri, ticarət palataları, Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair və məhbusların ekstradisiyası ilə bağlı müqavilələr imzalanıb.

Qeyd edək ki, bu gün Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, bölgədə və beynəlxalq aləmdəki vəziyyət, təhlükəsizlik məsələləri, habelə Çin-Qırğızıstan-Tacikistan-Əfqanıstan-İran dəmir yolu xəttinin inşası layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi