​İran Suriyaya yük aparan Rusiya təyyarələrinin uçuşlarına icazə verib

​İran Suriyaya yük aparan Rusiya təyyarələrinin uçuşlarına icazə verib Bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov bildirib
Region
9 Sentyabr , 2015 15:45
​İran Suriyaya yük aparan Rusiya təyyarələrinin uçuşlarına icazə verib

Bakı. 9 sentyabr. REPORT.AZ/ İran Suriyaya humanitar yardım aparan Rusiya təyyarələrinə öz ərazisi üzərindən uçuşlara razılıq verib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov TASS agentliyinə bildirib.

Xatırladaq ki, çərşənbə günü Bolqarıstan XİN rəhbəri Daniyel Mitov bildirib ki, Bolqarıstan Xarici İşlər Nazirliyi yalnız yüklərin yoxlanılmasından sonra Suriyaya uçan Rusiya təyyarələrinə hava dəhlizi verməyə hazırdır.

Bazar ertəsi Yunanıstan Xarici İşlər Nazirliyi Suriyaya humanitar yardım aparan Rusiya təyyarələri üçün hava məkanının bağlanması ilə bağlı ABŞ tərəfinin göndərdiyi sorğunu aldığını təsdiqləyib. Mənbənin sözlərinə görə, hazırda sorğu Yunanıstan Xarici İşlər Nazirliyində müzakirə olunur. Əvvəllər isə Afinanın hava məkanını bağlamaqdan imtina etdiyi barədə məlumatlar yayılmışdı.

Son xəbərlər

Orphus sistemi