​İran şirkətləri Ermənistanın Müdafiə Nazirliyi ilə əməkdaşlığı genişləndirəcək

​İran şirkətləri Ermənistanın Müdafiə Nazirliyi ilə əməkdaşlığı genişləndirəcək İranlı iş adamları Ermənistan müəssisələrinin rəhbərləri ilə də görüşəcəklər
Region
5 Fevral , 2016 11:33
​İran şirkətləri Ermənistanın Müdafiə Nazirliyi ilə əməkdaşlığı genişləndirəcək

Bakı. 5 fevral. REPORT.AZ/ İran şirkətləri Ermənistanın Müdafiə Nazirliyi ilə əməkdaşlıq edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyanla İranın silahlı qüvvələr və müdafiə təşviqi üzrə "ETKA" təşkilatının icraçı direktoru Məhəmmədmehdi Kərbəla arasında görüş keçirilib.

Yerevanda keçirilən görüşdə ərzaq sənayesi, toxuculuq, tikinti sahələrində fəaliyyət göstərən İran şirkətlərinin Ermənistanın Müdafiə Nazirliyi ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Fevralın 7-dək davam edəcək səfər çərçivəsində iranlı iş adamları Ermənistan müəssisələrinin rəhbərləri ilə də görüşəcəklər. 

Son xəbərlər

Orphus sistemi