Bakı. 13 may. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyası Donanmasının Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Məhəmməd Nazıri Suriyada istifadə edilən kimyəvi silah tətbiqinin təsiri nəticəsində ölüb.
"Report" xəbər verir ki, bu haqda İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
General Nazıri İranda 1979-cu il inqilabının ilk günlərindən qvardiyaçıların sıralarında olub. Bu silahlı qüvvələrdə qulluq etdiyi müddət İslam Respublikasının tanınmış generallarının hazırlanması və yetişməsində böyük rolu olub. Onlardan biri də İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə, o cümlədən İraq və Suriyada fəaliyyət göstərən "Qüds" adlı qolunun başçısı general Qasım Süleymanidir.