İran gündəlik qaz ixracını 200 mln. kubmetrə qədər artırmağı planlaşdırır

İran gündəlik qaz ixracını 200 mln. kubmetrə qədər artırmağı planlaşdırır Neft naziri: "Bu il "Cənubi Pars"da daha 4 yatağı istismara verməyi planlaşdırırıq"
Region
1 Avqust , 2016 13:44
İran gündəlik qaz ixracını 200 mln. kubmetrə qədər artırmağı planlaşdırır

Bakı. 1 avqust. REPORT.AZ/ "İran yaxın zamanlarda qaz ixracı həcmini gündə 200 mln. kubmetr səviyyəsinə qədər artırmağı planlaşdırır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran neft naziri Bijən Namdar Zəngənə deyib.

"Bu il "Cənubi Pars"da daha 4 quyunu istismara verməyi planlaşdırırıq. 10 il bundan əvvəl bu yataqdan ildə 41 mlrd. kubmetr qaz hasil edirdiksə, bu il hasilat həcmini 236 mlrd. kubmetrə qədər artıracağımıza, gələn il isə 400 mlrd. kubmetr həddini aşacağımıza ümid edirik", - deyə B.N.Zənəgənə bildirib.

Son xəbərlər

Orphus sistemi