​İran prezidenti: "Xalqımız amerikalılara hörmət edir"

​İran prezidenti: "Xalqımız amerikalılara hörmət edir" Həsən Ruhani atom proqramı üzrə razılaşma imzalandıqdan sonra Qərb ölkələrindən olan KİV-ə ilk müsahibəsini verib
Region
19 Sentyabr , 2015 09:59
​İran prezidenti: Xalqımız amerikalılara hörmət edir

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Xalqımız amerikalılara hörmət edir. İran xalqı heç bir dövlətlə müharibə etmək istəmir. Bununla belə, ABŞ siyasəti İran xalqının milli maraqlarına qarşı yönəlib. Təbii olaraq bu məsələyə xalqımız həssaslıqla yanaşır".

"Report" xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda ABŞ-ın "CBS News" telekanalına müasibəsində bildirib.

Bu, Tehranın atom proqramı üzrə "altılıq" ölkələri ilə İslam Respublikası arasında razılaşma imzalandıqdan sonra İran prezidentinin Qərb ölkələrindən olan KİV-ə verdiyi ilk müsahibədir.

Xatırladaq ki, İran hakimiyyətinin təmsilçiləri "Amerikaya ölüm!" şüarını hər cümə namazında və müxtəlif toplantılarda söyləyirlər. 

Son xəbərlər

Orphus sistemi