​İran prezidenti Təbrizə səfər edib

​İran prezidenti Təbrizə səfər edib Həsəsn Ruhani: "Böyük Azərbaycan əhalisi ədəbiyyat, elm, siyasət və şücaət nümunəsidir"
Region
20 May , 2015 14:40
​İran prezidenti Təbrizə səfər edib

Bakı. 20 may. REPORT.AZ/ "Böyük Azərbaycan əhalisi ədəbiyyat, elm, siyasət və şücaət nümunəsidir".

"Report" xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani mayın 20-də Təbrizdə yerli əhali qarşısındakı çıxışında deyib. 

"Heç kəs böyük İran xalqının, o cümlədən Azərbaycanın və böyük Təbrizin qəhrəman əhalisinin heysiyyatı ilə oynaya bilməz", - İran prezidenti deyib.

H.Ruhani bildirib ki, Azərbaycan və Təbriz İranda azadlıq və məşrutəni yaradan qəhrəmanlardır: "Onların qəhrəmanlığı olmasaydı, İranda inqilab (1979-cu il inqilabını nəzərdə tutur- S.İ.) qələbə qazanmazdı".

Son xəbərlər

Orphus sistemi