Bakı. 7 oktyabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani noyabrın 16-dan 18-dək Parisdə rəsmi səfərdə olacaq. Bu barədə "Report" İran KİV-lərinə istinadən xəbər verir.
Sentyabr ayında Fransanın baş naziri Manuel Vals bildirib ki, Ruhani Fransaya səfər etmək dəvətini qəbul edib. Eyni zamanda, o, İran prezidentini Fransa prezidenti Fransua Ollandın qəbul edəcəyini deyib.
Noyabr ayında İran prezidentinin İtaliyaya səfəri də planlaşdırılıb. Bu barədə İtaliyanın baş naziri Matteo Renzi
İran və "altılıq" ölkələri iyulun 14-nə keçən gecə İranın nüvə proqramı ilə bağlı uzunmüddətli danışıqlardan sonra tarixi razılıq əldə ediblər. Birgə danışıqlar nəticəsində kompleks tədbirlər planı qəbul olunub və BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən İrana qarşı əvvəllər tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının tamamilə aradan qaldırılmasına nail olunub.