​İran parlamenti komissiyasının üzvü: "Ermənistan-Azərbaycan münaqişəsində biz tərəfsizik"

​İran parlamenti komissiyasının üzvü: "Ermənistan-Azərbaycan münaqişəsində biz tərəfsizik" Ramsərdəki görüşdə münaqişənin müzakirə ediləcəyi gözlənilir
Region
5 Aprel , 2016 12:47
​İran parlamenti komissiyasının üzvü: Ermənistan-Azərbaycan münaqişəsində biz tərəfsizik

Bakı. 5 aprel. REPORT.AZ/ "Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişədə İran tərəfsizdir və atəşin dayandırılmasına çalışır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İran parlamentinin Təhlükəsizlik və Xarici siyasət komissiyasının toplantısında qurumun üzvü, deputat İbrahim Məhəmmədi bildirib.

Həmin iclasda İran XİN təmsilçisi də iştirak edib.

Ermənistan silahlılarının İran ərazisinə atıdığı 3 top mərmisi haqda toplantı iştirakçılarına məlumat verən komissiya üzvü münaqişədə İslam Respublikasının "tərəfsiz siyasət" yürütdüyünü vurğulayıb.

Qeyd edək ki, aprelin 5-də İranın Ramsər şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Həmin görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xüsusi olaraq müzakirə ediləcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi