Bakı. 21 iyul. REPORT.AZ/ İran Məclisi (parlament) 14 iyul tarixində Vyanada İslam Respublikası və "altılıq" (
Komissiya 15 deputatdan ibarət olacaq. Bu qərar çərşənbə axşamı İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehinin İran parlamentində bu ölkənin nüvə proqramı üzrə əldə olunan müqaviləni şərh edərkən etdikləri çıxışlarından sonra qəbul edilib.
Bir qədər əvvəl BMT Təhlükəsizlik Şurası iyulun 14-də İran İslam Respublikası və "altılıq" tərəfindən əldə olunan razılaşmanı təsdiq edən 2231 saylı qətnaməni yekdilliklə beynəlxalq hüquqi sənəd kimi qəbul olunmasına səs verib.