İran öz vətəndaşlarını Türkiyəyə hava nəqliyyatı ilə səfər etməyə çağırıb

İran öz vətəndaşlarını Türkiyəyə hava nəqliyyatı ilə səfər etməyə çağırıb İran XİN-in rəsmiləri ölkə sakinlərinə növbəti xəbərdarlığa qədər Türkiyəyə hava nəqliyyatı ilə səfər etməyi tövsiyyə edib
Region
8 Avqust , 2015 18:18
İran öz vətəndaşlarını Türkiyəyə hava nəqliyyatı ilə səfər etməyə çağırıb

Bakı. 8 avqust. REPORT.AZ/ İran öz vətəndaşlarını quru yol nəqliyyatı vasitələri ilə Türkiyəyə səfər etməməyə çağırıb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin şərq vilayətlərində son günlərdə gərginliyin artdığına diqqət yetirən İran XİN-in rəsmiləri ölkə sakinlərinə növbəti xəbərdarlığa qədər Türkiyəyə hava nəqliyyatı ilə səfər etməyi tövsiyyə edib.

Xatırladaq ki, terrorçu PKK təşkilatına üzv olan yaraqlılar ötən gün Türkiyənin Ağrı vilayətində İrandan gələn sərnişin avtobusunu atəşə tutublar. Nəticədə sərnişinlərdən biri və bir türk hərbçisi həlak olmuşdu.  

Son xəbərlər

Orphus sistemi