​İran ordusu ölkənin qərbində irimiqyaslı hərbi təlimlər keçirəcək

​İran ordusu ölkənin qərbində irimiqyaslı hərbi təlimlər keçirəcək Keyhusrev Hüseyn: "Təlimin keçirilməsində məqsəd bölgədə təhlükəsizliyi saxlamaq üçün İran ordusunun gücünü göstərməkdir"
Region
16 Sentyabr , 2015 14:11
​İran ordusu ölkənin qərbində irimiqyaslı hərbi təlimlər keçirəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ İran ordusu ölkənin qərbində, Kirmanşah əyalətinin Qəsri-Şirin rayonunda "Məhəmməd Rəsulullah" adı altında irimiqyaslı hərbi təlim keçirəcək.

"Report" xəbər verir ki, bunu İran ordusu Qərb Qərargahı Əməliyyat Dairəsinin komandanı polkovnik Keyhusrev Hüseyn bildirib.

Polkovnik deyib ki, təlimin keçirilməsində məqsəd bölgədə təhlükəsizliyi saxlamaq üçün İran ordusunun gücünü göstərməkdir: "Düşmən heç bir qaydaya əməl etməyən İŞİD kimi qrupları təşkilatlandırıb. Qırmızı xəttimiz İran sərhədlərinə 40 km-dəkdir. Düşmən bunu keçəcəyi halda cavab verəcəyik".

Onun sözlərinə görə, 22 hərbi təlim keçiriləcək: "Onlardan ən əhəmiyyətlisi Qəsri-Şirində olacaq. Bu təlimdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru və dəniz qüvvələri ilə yanaşı, BƏSİC (Sepah-ın əsas kadr bazası, yarımkönüllü və yarımhərbi təşkilat - "Report") təşkilatı da iştirak edəcək".

Məlumata görə, təlimlər oktyabrın ortalarında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi