​İran OPEK-ə məktub göndərib

​İran OPEK-ə məktub göndərib Bijen Namdar Zəngəne: "Neft hasilatını artırmaq üçün heç kimin qərarını gözləmirik"
Region
4 İyun , 2015 13:45
​İran OPEK-ə məktub göndərib

Bakı. 4 iyun. REPORT.AZ/ "Bəli, biz OPEK-ə məktub göndərmişik. Orada bildirmişik ki, İrana qarşı sanksiyalar aradan qaldırılandan sonra neft hasilatını qısa müddət ərzində yasaqlardan əvvəlki həcmə çatdıracağıq".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijən Namdar Zəngəne bildirib.

O qeyd edib ki, məktubda OPEK-dən bu məsələyə münasibət bildirməsini istəyiblər. Nazirin sözlərinə görə, OPEK üzvləri neftin qiymətinin indiki səviyyədə qalmasını istəyirlərsə, o zaman İran nefti üçün də yer ayırmalıdırlar.

"OPEK bu məsələ ilə bağlı qərar qəbul edəcəkmi" sualına cavabında nazir deyib: "Biz məktub yazıb, göndərdik. Neft hasilatı ilə bağlı heç kimin qərarını gözləmirik".

İngilis versiyası Iran sends a letter to OPEC

Son xəbərlər

Orphus sistemi