İran neft hasilatını sutkada 4,3 mln. barelə qədər artırmağı planlaşdırır

İran neft hasilatını sutkada 4,3 mln. barelə qədər artırmağı planlaşdırır Sentyabr ayında ölkədə neftin sutkalıq hasilatı 2,675 mln. barel təşkil edib
Region
27 Oktyabr , 2014 18:28
İran neft hasilatını sutkada 4,3 mln. barelə qədər artırmağı planlaşdırır

Bakı. 27 oktyabr. REPORT.AZ/ İran yaxın zamanlarda neft hasilatını sutkada 4,3 mln. barelə qədər artırmağı planlaşdırır. "Report"un "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə İran İslam Respublikasının neft nazirinin müavini Mansur Moazzami bildirib.

OPEC məlumatlarına əsasən, sentyabr ayında ölkədə neftin sutkalıq hasilatı 2,675 mln. barel təşkil edib.

Bununla belə, İran neft emalını sutkada 1,8 mln. bareldən 3 mln. barelə qədər artırmağı planlaşdırır. İran mütəxəssislərinin hesablamalarına görə, bilinən neft ehtiyatları İrana 60 il bəs edəcək.  

Neft nazirinin müavini qeyd edib ki, İran neft qiymətlərinin qeyri-sabit olmasına dair müxtəlif cavab ssenarilərini nəzərdən keçirir. "Biz neftin qiymətinin bir barelnin  5 dollar, yaxud 140 dollar olduğu zamanlarda da bununla əlaqədar problemimiz olmayıb" - deyə, M. Moazzami  bildirib. 

Son xəbərlər

Orphus sistemi