​İran Məclisinə seçkilərin ikinci turu başa çatıb

​İran Məclisinə seçkilərin ikinci turu başa çatıb Seçkidə 17 milyondan çox seçici iştirak edib
Region
30 Aprel , 2016 00:00
​İran Məclisinə seçkilərin ikinci turu başa çatıb

Bakı. 30 aprel. REPORT.AZ/ İranın 21 əyalətində Məclisə (parlamentə) dünən keçirilmiş seçkilərin ikinci turu başa çatıb. "Report" xəbər verir ki, bu haqda İran İslam Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Səslərin hesablanması seçki məntəqələrinin bağlanmasından dərhal sonra başlanıb", - deyə daxili işlər nazirinin müavini Hüseyn Əli Əmiri qeyd edib.

İkinci turun ilkin nəticələri bu gün səhər elan ediləcək.

İkinci turda 18 yaşdan yuxarı səsvermə hüququ olan 17 milyondan çox seçici iştirak edib. 

Son xəbərlər

Orphus sistemi