İran genişmiqyaslı hərbi təlimlər keçirəcək

İran genişmiqyaslı hərbi təlimlər keçirəcək Təlimlərdə ölkənin bir neçə qoşun növu iştirak edəcək
Region
18 Dekabr , 2014 19:34
İran genişmiqyaslı hərbi təlimlər keçirəcək

Bakı. 18 dekabr. REPORT.AZ/ İran "Məhəmməd - Allahın elçisidir" şərti ad altında genişmiqyaslı hərbi təlimlər keçirəcək. "Report" İranın "Təsnim" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İran Silahlı Qüvvələrinin baş komandanı, briqada generalı Əbdülrəhim Müsəvi təlimlərdə ölkənin Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının iştirak edəcəyini deyib.

Onun sözlərinə görə, manevrlərin əsas hissəsi 23-31 dekabrda iki milyon kvadratdan çox ərazidə keçiriləcək və Hind okeanının şimalında, Fars körfəzində və Hormuz boğazında yerləşən dəniz rayonlarını əhatə edəcək. 

Son xəbərlər

Orphus sistemi