​İran əyalətlərindən birində kişilərin hamısının edam olunduğu açıqlanıb

​İran əyalətlərindən birində kişilərin hamısının edam olunduğu açıqlanıb Əyalət sakinləri əsasən, narkotik maddələrin satışından əldə etdikləri gəlir hesabına dolanırlar
Region
25 Fevral , 2016 09:39
​İran əyalətlərindən birində kişilərin hamısının edam olunduğu açıqlanıb

Bakı. 25 fevral. REPORT.AZ/ İranın Sistan-Bəlucistan əyalətindəki kəndlərdən birində kişilərin hamısı narkotik maddələrin qanunsuz satışı ilə məşğul oldquları üçün edam olunublar.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İran prezidentinin ailə, qadın və uşaq problemləri üzrə müavini Sahindoxt Molaverdi bildirib.

O vurğulayıb ki, edam edilənlərin ailələrinə hökumət dəstək verməlidir.

Edam olunanların ailələrinə yardım haqda qanunu gündəliyə gətirilərkən, Sistan-Bəlucistan əyalətindəki kəndlərdən birindəki bütün kişilərin hamısının edam edilməsi də xatırladılıb.

Bu qanun İranın keçmiş, 6-cı prezidenti Mahmud Əhmədinijatın hökumət başçısı olduğu dövrdə qəbul olunub.

Qeyd edək ki, Sistan-Bəlucistan əyalətinin 2,3 milyon nəfər əhalisi var. Bu əyalətin əhalisi əsasən, bəluclardan ibarətdir. Əyalət sakinləri əsasən, narkotik maddələrin satışından əldə etdikləri gəlir hesabına dolanırlar. Pakistan və Əfqanıstanla qonşu olan Sistan-Bəlucistanda hər il onlarla insan müxtəlif ittihamlarla edam edilirlər.

Son xəbərlər

Orphus sistemi