​İran-Ermənistan qaz kəməri "Qazprom"a satılır

​İran-Ermənistan qaz kəməri "Qazprom"a satılır Kəmər 2007-ci ildə istismara verilib
Region
4 İyun , 2015 17:05
​İran-Ermənistan qaz kəməri Qazproma satılır

Bakı. 4 iyun. REPORT.AZ/ İran-Ermənistan "Meğri-Qacaran" təbii qaz kəməri Rusiyanın "Qazprom Armeniya" şirkətinə satılacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın energetika və təbii ehtiyatlar nazirinin müavini Ara Simonyan bildirib.

Xəbərə görə, hazırda bu sahənin 40 km-i "Yüksək gərginlikli Elektrik Şəbəkəsi" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətidir və "Qazprom Armeniya" qaz kəmərinin həmin hissəsini icarəyə götürüb.

"Bu niyə vaxtında edilməyib? Çünki o vaxt biz bu tikintiyə İran tərəfinin kreditini cəlb etmişdik. İran tərəfi 10 faizlik krediti dövlət müəssisəsinə verə bilərdi. Ona görə də bu anlaşmaya "Yüksək gərginlik Elektrik Şəbəkəsi" cəlb edildi. Tikinti başa çatıb, borc ödənib. Bu səbəbdən kiçik bir məntəqəni saxlamağa ehtiyac yoxdur", - nazir müavini vurğulayıb.

Qeyd edək ki, İran-Ermənistan təbii qaz kəməri 2007-ci ildə istismara verilib. İkitərəfli razılaşmaya əsasən, İranın veridyi bir kubmetr təbii qazın qarşılığında Ermənistan 3kVt/saat elektrik enerjisi verir. 

Son xəbərlər

Orphus sistemi