​İran BMT nümayəndələrini öz hərbi obyektlərinə buraxa bilər

​İran BMT nümayəndələrini öz hərbi obyektlərinə buraxa bilər Bu, İran və "Altılıq" arasında əldə edilən sazişin bir hissəsi olacaq
Region
24 May , 2015 18:34
​İran BMT nümayəndələrini öz hərbi obyektlərinə buraxa bilər

Bakı. 24 may. REPORT.AZ/ İran hakimiyyəti BMT müfəttişlərini öz hərbi obyektlərinə buraxmağa hazırdır.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Abbas Arakçi yerli televiziyaya müsahibəsində bildirib.

İran rəsmisinin sözlərinə görə, onlara beynəlxalq ictimaiyyətdə şübhə doğuran obyektlərə "nəzarət altında giriş" imkanı yaradılacaq.

Abbas Arakçi bildirib ki, bu addım ABŞ və digər dünya vasitəçiləri ilə İranın nüvə proqramı üzrə əldə edilən sazişin bir hissəsi olacaq.

Bu formatda məsləhətləşmələr çərşənbə axşamı bərpa olunmalı və iyunun 30-dək davam etməlidir.

Son xəbərlər

Orphus sistemi