​İran ABŞ-ın hərbi gəmisi istiqamətində raket atıb

​İran ABŞ-ın hərbi gəmisi istiqamətində raket atıb ABŞ rəsmiləri Tehranı təxribatda ittiham edib
Region
30 Dekabr , 2015 11:36
​İran ABŞ-ın hərbi gəmisi istiqamətində raket atıb

Bakı. 30 dekabr. REPORT.AZ/ İran Hörmüz boğazında yerləşən ABŞ-ın təyyarə daşıyan gəmisi istiqamətində raket atıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ rəsmisi Harri S.Trumen bildirib.

Onun sözlərinə görə, hadisə ötən həftənin sonunda baş verib: "İran İnqilab Keşikçiləri Qvardiyası Ərəb dənizi və körfəzdə təlim keçirib. Bizim gəmiyə zərər verməyən bu raket atışı təxribat idi. ABŞ gəmisi Fransanın freqatlarını müşayiət edirdi. Bizim gəmi İranın su sərhədini pozmayıb. Raket isə min beş yüz metrlik məsafədən atılıb".

ABŞ rəsmiləri İranı təxribatda ittiham edib.

Rəsmi Tehran isə hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi